Luis Suaresdən Neymara dəstək

“Barselona”nın və Uruqvay millisinin futbolçusu Luis Suares, Braziliya yığmasının hücumçusu Neymara dəstək olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, PSJ-də forma geyinən Neymarın zədə səbəbiylə Amerika kubokunun oyunlarında iştirak edə bilməməsi haqqında danışan Suares, keçmiş komanda yoldaşına dəstək olub:

“Belə bir turniri qaçıran hər bir futbolçu özünü pis hiss edər. Neymarın yoxluğu Braziliya millisi üçün böyük itkidir”.

Suares və Neymar “Barselona”nın heyətində birlikdə çıxış ediblər.