Suares Ronaldo və Messinin rekordunu yenilədi

Futbol üzrə Uruqvay millisinin hücumçusu Luis Suares yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu rəsmi turnirlərdə yığmanın heyətində ən çox qol vuran cənubi amerikalı adını qazanıb.

Suares DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə turnirinin 2-ci turunda Ekvadorun qapısına 2 dəfə yol tapıb. 2:4 hesablı məğlubiyyətdə dubl müəllifi olan Luis Uruqvay millisində qol sayını 41-ə çatdırıb.

Bununla da Suares üçhakimiyyətliliyə son qoyub. Uruqvaylı braziliyalı Ronaldo və argentinalı Lionel Messini arxada qoyub. Onların hərəyə 39 qolu var.