Suares Messini qabaqladı

DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsinin 1-ci turu çərçivəsində Uruqvay yığması Çili millisinə 2:1 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, bu oyun Uruqvayın hücumçusu Luis Suares üçün əlamətdar olub. Belə ki, oyunda hesabı açan 33 yaşlı futbolçu bu yarışda 22-ci qolunu vurub. Bununla da, o, Cənubi Amerikanın dünya çempionatının seçmə mərhələləri tarixində ən çox qol vuran futbolçu olub. O, bu göstəricidə Argentina millisinin üzvü Lionel Messini qabaqlayıb. “Barselona”nın futbolçusu seçmə mərhələlər tarixində 21 qolla yadda qalıb.