Stuxlik “Yuventus”un oyununda

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik beynəlxalq oyuna təyinat alıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının G qrupunda oktyabrın 20-də Kiyev şəhərində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Yuventus” (İtaliya) oyununun hakim-inspektoru Frits Stuxlik olacaq.