“Ştutqart” rəsmisindən “Qarabağ”a keçən Ailtonla bağlı açıqlama

“Ştutqart”ın idman direktoru Sven Mislintat “Qarabağ”a keçən Ailton Silva haqda danışıb.

Komanda.az “Kicker”ə istinadən xəbər verir ki, Mislintat, Silvanın “Qarabağ”a nə üçün icarəyə verildiyinin səbəbini açıqlayıb:

“Ailtonun mövqeyindəki rəqabətli vəziyyətə görə onun bizimlə növbəti mövsümdə yalnız məşq edəcəyini düşündük. Buna görə də, hər iki tərəf üçün yaxşı olacaq yol tapmaq üçün çalışdıq. Ailtonu yaxından izləyəcəyik”.

Müqavilə ilə “Ştutqart”a məxsus olan Ailton Silva 2019/20 mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button