Türk futbolçu “Şalke”ni seçdi

“Ştutqart”ın futbolçusu Ozan Kabakın yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 19 yaşlı müdafiəçi “Şalke” klubu ilə razılıq əldə edib. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Ozanla “Bavariya”, “Milan”, “Monako” kimi klubların maraqlandığı, ancaq türk futbolçunun “Şalke” ilə razılaşdığı bildirilib.

Ötən mövsüm qış fasiləsində “Qalatasaray”dan “Ştutqart”a keçən Ozan üçün “Şalke” 15 milyon avro təzminat ödəyəcək. Türkiyə millisinin üzvünün keçidinin yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button