“Ştutqart” “Arsenal”ın futbolçusunu qaytarmaq istəmir

“Ştutqart” “Arsenal”ın müdafiəçisi Konstantinos Mavropanosu birdəfəlik transfer etmək niyyətindədir.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub mövsümün sonunda Bundesliqadakı yerini qoruyub saxlaya bildiyi üçün 24 yaşlı yunan futbolçunu transfer etməyi düşünür. Mavropanosun transferi “Ştutqart”a təxminən 3 milyon avroya başa gələ bilər.

“Ştutqart” yaxın vaxtlarda futbolçu ilə müqavilənin şərtlərini müzakirə edəcək.

“Ştutqart” Mavropanosu 2020-ci ilin iyulunda “Arsenal”dan icarəyə götürüb. Müdafiəçi son mövsümdə komandanın heyətində 32 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button