Sterlinq klubunu dəyişəcək – Tuxel söz versə

“Mançester Siti”nin hücumçusu Rahim Sterlinq karyerasını “Çelsi”də davam etdirə bilər.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu bu il Qətərdə keçiriləcək dünya çempionatına qədər daimi oyun praktikası qazanmaq istədiyi üçün komandadakı mövqeyindən narazıdır.

MS oyunçunu 60 milyon avroya buraxmağa hazırdır. Sterlinq özü isə “Çelsi”nin baş məşqçisi Tomas Tuxeldən daim start heyətdə olacağı barədə söz alacağı halda London klubuna keçməyə razılıq verəcək.

Sterlinq ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 47 oyunda 17 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin