Premyer Liqada ən çox qazanan futbolçular SİYAHI

“Spotrac” nəşri İngiltərə Premyer Liqasında ən çox qazanan futbolçuların siyahısını hazırlayıb.

Komanda.az xəbər verir ki, Premyer Liqada ən çox məvacib alan “Mançester Yunayted”in qapıçısı David De Xeadır. İspan futbolçu illik 23 milyon avro qazanır.

İkinci və 3-cü sırada “Mançester Siti”nin futbolçuları yer alıb. İkinci 19,7 milyonla Kevin de Bruyne, 3-cü isə 18,5 milyon avro ilə Rahim Sterlinqdir.

Premyer Liqada ən çox məvacib alan futbolçular

1 David De Xea (“Mançester Yunayted”) – 23 milyon avro
2 Kevin De Bruyne (“Mançester Siti”) – 19.7
3 Rahim Sterlinq (“Mançester Siti”) – 18.5
4 Pol Poqba (“Mançester Yunayted”) – 17.8
5 Məsut Özil (“Arsenal”) – 16.5
6 Antoni Marsial (“Mançester Yunayted”) – 15.3
7 Serxio Aquero (“Mançester Siti”) – 14.1
8-11 Məhəmməd Salah (“Liverpul”) – 12.3
8-11 Markus Reşford (“Mançester Yunayted”) – 12.3
8-11 Harri Keyn (“Tottenhem”) – 12.3
8-11 Tanquy Ndombele (“Tottenhem”) – 12.3
12 Aleksandr Lakazett (“Arsenal”) – 11.1
13 Roberto Firmino (“Liverpul”) – 11
14 Vircil van Dayk (“Liverpul”) – 10.1
15 Harri Maquayr (“Mançester Yunayted”) – 10