MY-dən portuqaliyalıya 5 illik müqavilə təklifi

İngiltərənin “Mançester Yunayted” klubu heyətini “Sportinq”in futbolçusuyla gücləndirməyə hazırlaşır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Portuqaliya klubunun yarımmüdafiəçisi Bruno Fernandesin xidmətində maraqlıdır. Portuqaliya millisinin üzvü ilə görüşən Mançester klubu ona 5 illik müqavilə təklif edib. Tərəflər arasında razılığın əldə olunduğu bildirilir.

“Sportinq”lə müqaviləsini keçən ilin noyabrında yeniləyən futbolçunun klubla sözləşməsi 2023-cü ilin yayınadək nəzərdə tutulub. Fernandes cari mövsümdə iştirak etdiyi 24 oyunda 13 qol, 13 məhsuldar ötürməylə yadda qalıb.