İtaliya klubunda baş məşqçiylə yeni müqavilə

“Spetsiya” klubu baş məşqçisi Vinçentso İtaliyano ilə müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, 42 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliyano 2019-cu ilin iyulundan “Spetsiya”nı çalışdırır.