“Speranta” – “Neftçi” matçının başlama vaxtı məlum oldu

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Speranta” ilə ilk oyununun başlama vaxtı məlum olub.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Moldovada keçiriləcək qarşılaşma iyulun 11-də, saat 21:00-da start götürəcək. Komandalar arasındakı cavab oyunu isə iyulun 18-də Bakıda keçiriləcək.

“Neftçi” – “Speranta” cütünün qalibi 2-ci təsnifat mərhələsində Rusiyanın “Arsenal” (Tula) klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button