“Hər gün “sabah yağış yağacaq” deyirsizsə, nəhayət, sonda yağacaq”

İtaliya mətbuatı “İnter”i növbəti mövsümdən Antonio Kontenin çalışdıracağını iddia edir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, A Seriyası təmsilçisinin hazırkı çalışdırıcısı Luçano Spaletti yayılan iddialarla bağlı fikirlərini bildirib:

“Bu məsələ artıq üç aydır ki, danışılır. “La Gazetta dello Sport” nəşri də üç aydır bunu deyir. Hər gün “sabah yağış yağacaq” deyirsizsə, nəhayət, sonda yağacaq. Hər həftə məndən bunu soruşurlar, kobud olmaq istəmirəm. Buna görə də cavab vermirəm. “La Gazetta dello Sport” üç ay boyunca hər gün bunu yazırsa, deməli, bildikləri nəsə var”.

İtaliya mətbuatı Kontenin “İnter”lə iki illik razılaşdığını iddia edir.