Söyülməkdən, döyülməkdən, təhqir olunmaqdan qorxmayan Kamran Quliyev!

Mız

Gözünüz aydın! Azərbaycan Premyer Liqasının səviyyəsi bir günün içində 1 manatdan 50 manatadək qalxıb. Premyer Liqanın səviyyəsini qaldıran isə “Neftçi”nin prezidenti Kamran Quliyev olub. AFFA-nın baş katibi Elxan Məmmədovun Azərbaycan futboluna sırıdığı Kamran müəllim “Sumqayıt”dan bir gecənin içində “Neftçi”yə prezident təyin olunduğu kimi, Premyer Liqamızın da səviyyəsini bir gecənin içində, “reski” qaldırıb.

“Neftçi” rəhbərliyini gözü götürməyən, xain qüvvəllər iddia edirlər ki, “Neftçi” – “Qarabağ” oyununda biletlərin 50 manat olması guya Bakı klubunun azarkeşlərindən qorxduğu üçün atdığı addımdır. Guya “neftçilər”in növbəti dəfə “Qarabağ”ın çempionluğuna həsrətlə baxması bu klubun azarkeşlərini özündən çıxarıb, “köhlən atlar”ın onların stadionunda kubok qaldırmasından hiddətlənib Kamran Quliyevi tutub eşşək sudan gələnə qədər döymək istəyəcəklərmiş, tələb edəcəklərmiş ki, şələ-şüləni (Ceyhun Sultanovu, Roberto Bordini və başqalarını) də götür, rədd ol klubdan. Amma heç inandırıcı deyil. Kamran Quliyev illərdir üzünə söyülən, təhqir olunan Elxan Məmmədovun kadrıdır, o, belə şeylərdən qorxan oğlan deyil. Söyülmək, təhqir olunmaq, ələ salınmaq, aşağılanmaq Kamran Quliyevin vecinə də olmaz. Kamran müəllim Azərbaycan Premyer Liqasının səviyyəsini bütün dünyaya göstərmək üçün bu addımı atıb. Bundan sonra heç kim deyə bilməz ki, “Neftçi” 5 qəpiklik komanda deyil, ortada 50 manat söhbəti var.

Mızbaz

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button