Milli komandanın futbolçusu “Seltik”də

Şotlandiyanın “Seltik” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Qlazqo təmsilçisi “Brayton”dan Şeyn Daffini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi 2020/21 mövsümünü icarə əsasında “Seltik”də keçirəcək.

İrlandiya milli komandasının da üzvü olan Daffi, 2016-cı ildən “Brayton”da çıxış edirdi.