İngiltərə millisinin sabiq üzvü Şotlandiya klubunda

Şotlandiyanın “Seltik” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Qlazqo təmsilçisi “Sauthempton”dan Freyzer Forsteri heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı qapıçı 2019/20 mövsümünü icarə əsasında “Seltik”də keçirəcək.

2014-cü ildən “Sauthempton”da çıxış edən Forster, 6 dəfə də İngiltərə millisinin formasını geyinib.