Uels millisinin üzvü Şotlandiya klubunda

Şotlandiyanın “Reyncers” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Qlazqo təmsilçisi “Lester”dən Endi Kinqi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi 2019/20 mövsümünü icarə əsasında “Reyncers”də keçirəcək.

Uels millisinin də üzvü olan Kinq, yeni klubunda 29 nömrəli formanı geyinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button