Cerrardla bağlı qərar rəsmən açıqlandı

Şotlandiyanın “Reyncers” klubu baş məşqçisi Stiven Cerrardın müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, Qlazqo təmsilçisi 39 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin iyununa qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2018-ci ilin yayından “Reyncers”i çalışdıran Cerrardın əvvəlki müqaviləsi 2022-ci ilin iyununa qədər idi.

“Reyncers” hazırda Şotlandiya Premyer Liqasında 38 xalla 2-ci sıradadır. Qlazqo təmsilçisi lider “Seltik”dən 2 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button