Şotlandiya yığmasında yeni baş məşqçi

Futbol üzrə Şotlandiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir k, sözügedən komandanı bundan sonra Stiv Klark çalışdıracaq. Bu barədə Şotlandiya Futbol Federasiyanın rəsmi saytı məlumat yayıb.

Əvvəllər “Çelsi”də Joze Mourinyonun, “Vest Hem”də Canfranko Zolanın, “Liverpul”da isə Kenni Dalqlişin köməkçisi kimi çalışan mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, şotlandiyalı məşqçinin son iş yeri ölkəsinin “Kilmarnok” klubu olub.