Cerrard mükafatlandırıldı

Şotlandiya Premyer Liqasında 2019-cu ilin dekabr ayının ən yaxşı baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Reyncers” komandasını çalışdıran Stiven Cerrardır. Bu barədə Qlazqo təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Reyncers” Cerrardın rəhbərliyi ilə dekabrda çıxdığı 8 oyunda 5 qələbə qazanıb, 1 dəfə də məğlub olub. Qlazqo təmsilçisi Şotlandiya Premyer Liqasında 19 oyuna 50 xal toplayaraq 2-ci sıradadır. Bir oyun az keçirən “Reyncers” lider “Seltik”dən 2 xal geridədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button