Şotlandiya millisi kimə tapşırılacaq?

Hollandiyalı mütəxəssis Dik Advokat Şotlandiya millisini çalışdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə Şotlandiya mətbuatı məlumat yayıb. Advokat Şotlandiya Futbol Federasiyasının rəhbərləri ilə görüşüb və baş məşqçi postuna namizəd olduğunu bildirib.

Şotlandiya millisində bir müddət əvvəl Aleks Makliş baş məşqçi postundan göndərilib.

Advokatla yanaşı, Slaven Biliç və Sven-Yoran Erikssen kimi mütəxəssislər də yığmada boş qalan vəzifəyə namizəddir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button