Sonuncu turun ən yaxşısı “Zirə”li oldu

Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 28-ci turunun ən yaxşı futbolçusu məlum olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu, “Zirə”nin hücumçusu Xulio Sezar Rodriqezdir. Paraqvaylı futbolçu “Sabah”a qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Zirə” “Sabah”ı səfərdə 3:0 hesabıyla məğlub edib.