“Bu, normal bir vəziyyət deyil” – “Ayaks”ın futbolçusu

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Yuventus”a 2:1 hesabı ilə qalib gələn “Ayaks”ın  müdafiəçisi Matteys de Liqt matçdan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu, qələbəni belə şərh edib:

“Hazırda yaşadıqlarımız inanılmazdır. “Real”ı və “Yuventus”u mübarizədən kənarlaşdırdıq. Bu, normal bir vəziyyət deyil. Çox qürurluyuq. Bütün azarkeşlər, şəhər bizimlə qürur duyur. Sonuncu dəfə komandamız yarımfinala vəsiqə qazananda, mən dünyada yox idim. Hazırda çox xoşbəxtəm”.