“Sonda azarkeşlərimizi sevindirəcəyimizə inanıram” – Mirabdulla Abbasov

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Premyer Liqanın 24-cü turu çərçivəsində qarşılaşdıqları “Səbail”lə oyundan sonra klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, 2:2 hesabıyla başa çatan oyunda ilk qolun müəllifi olan futbolçu komandasının çempionluq uğrunda mübarizədə azarkeşləri sevindirəcəyinə inandığını deyib:

“Əfsuslar olsun ki, qalib gələ bilmədik. Qələbə qazanmaq üçün çox çalışdıq, amma təəssüf ki, alınmadı. Artıq növbəti matça köklənməliyik, qarşıdakı oyunları düşünməliyik. Çempionluq uğrunda mübarizədə azarkeşlərimizi sevindirəcəyimizə inanıram”.