Son turun ən yaxşısı “Qəbələ”li oldu

Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 20-ci turunun ən yaxşı futbolçusu məlum olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu, “Qəbələ”nin yarımmüdafiəçisi Ceyms Adeniyidir.

Nigeriyalı futbolçu komandasının “Səbail”i 2:1 hesabıyla məğlub etdiyi matçda hər iki qolun müəllifi olub.