Son turu stadiondan neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqasının 17-ci turunda qeydə alınan azarkeş sayı məlum olub.

Komanda.az xəbər verir ki, turun ilk oyunu “ASK Arena”da “Keşlə” və “Sumqayıt” arasında olub ki, meydan sahiblərinin 2:1 hesablı qələbə qazandığı görüşü stadionda 500 nəfər izləyib.

Zirə İdman Kompleksinin stadionundakı “Zirə” – “Neftçi” matçında (0:0) 1200, “Bayıl Arena”da keçirilən “Səbail” – “Sabah” qarşılaşmasında (1:0) isə 200 azarkeş qeydə alınıb.

Turun son oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ”la “Qəbələ” arasında (2:1) keçirilib ki, bu görüşü 2000 nəfər izləyib.

Ümumilikdə, 17-ci turda 3900 azarkeş qeydə alınıb. Bu isə hər oyuna 975 fanat deməkdir.