Poçettino Liqa 1 klubunun təklifini rədd edib

Son olaraq “Tottenhem”i çalışdıran Maurisio Poçettino “Monako”dan gələn baş məşqçilik təklifinə “yox” deyib.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Xəbərdə, “Monako”nun baş məşqçi postu üçün əsas hədəfinin Poçettino olduğu bildirilib. Lakin argentinalı mütəxəssis fransızların təklifini rədd edib.

Bundan sonra “Monako” alternativ variant olan Niko Kovaçla sözləşmə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button