Biliç üçün İngiltərə iddiası

Son olaraq Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”ı çalışdıran Slaven Biliçin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis İngiltərənin “Vest Bromviç” komandasına rəhbərlik edə bilər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Xəbərdə, Biliçin Çempionşip təmsilçisinin bazasına gedərək, klubun rəhbərliyi ilə görüşdüyü və ilkin razılıq əldə olunduğu bildirilib. Biliçin təyinatının yaxın zamanda açıqlanacağı gözlənilir.