“Çelsi”də Lempardın əvəzləyicisi bilindi

Son olaraq PSJ-ni çalışdıran Tomas Tuxelin yeni ünvanı bilinib.

Komanda.az xəbər verir ki, alman mütəxəssis İngiltərənin “Çelsi” klubunu çalışdıracaq. Bu barədə italyan jurnalist Fabritsio Romano “tvitter” hesabında məlumat yayıb. Məlumatda, “zadəganlar”da bu gün baş məşqçi Frenk Lempardın işindən ayrılacağı, onun yerinə isə Tuxelin baş məşqçi postuna gətiriləcəyi bildirilib.

Tuxel ötən ilin dekabrında PSJ-dən ayrılıb.