Kavaninin yeni ünvanı bilindi

Son olaraq PSJ-də forma geyinən Edinson Kavaninin yeni iş yeri bilinib.

Komanda.az xəbər verir ki, 33 yaşlı uruqvaylı hücumçu karyerasını “Mançester Yunayted”də davam etdirəcək. Bu barədə “talkSPORT” portalı məlumat yayıb. Xəbərdə, Kavaninin bu gün tibbi müayinədən keçəcəyi bildirilir.

Uruqvay milli komandasının da üzvü olan Kavani, 2013-2020-ci illərdə PSJ-də çıxış edib.