Roberto Bordin C Seriyası klubunda

Son olaraq “Neftçi”ni çalışdıran Roberto Bordinin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “tuttomercatoweb.com” saytı məlumat yayıb. Xəbərdə, Bordinin İtaliyanın “Sambenedettese” klubunda baş məşqçilik edə biləcəyi qeyd olunub.

C Seriyası təmsilçisi komandanı çalışdıran “Yuventus”un sabiq futbolçusu Paolo Montero ilə yollarını ayırıb və bu posta Bordini gətirməyi planlaşdırır.

Bordin 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına qədər “Neftçi”də baş məşqçilik edib.