Qattuzo İtaliya klubuna keçir – Danışıqlar başladı

Son olaraq “Milan”ı çalışdıran Cennaro Qattuzo yenidən İtaliya klubunda baş məşqçilik edə bilər.

Komanda.az xəbər verir ki, Qattuzo A Seriyası təmsilçisi “Sampdoriya” ilə danışıqlara başlayıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Qattuzonun yaxın zamanda “Sampdoriya” ilə müqavilə imzalayacağı bildirilir.

“Sampdoriya” klubu dünən baş məşqçisi Eusebio Di Françesko ilə yollarını ayırıb.

Qattuzo 2017-2019-cu illər aralığında “Milan”ı çalışdırıb. May ayından bəri işsiz olan 41 yaşlı mütəxəssislə “Cenoa” və “Spartak” (Moskva, Rusiya) klubları yaxından maraqlanırdı.