Kaqavanın yeni klubu bilindi – rəsmi

Son olaraq İspaniyanın “Saraqosa” klubunda forma geyinən Şindzi Kaqava karyerasını Yunanıstanda davam etdirəcək.

Komanda.az xəbər verir ki, 31 yaşlı yarponiyalı yarımmüdafiəçi PAOK klubuna keçib. Bu barədə Saloniki təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kaqava ilə 1,5 illik müqavilə imzalanıb.

Karyerası ərzində Almaniyada “Borussiya” (Dortmund), İngiltərədə “Mançester Yunayted”, Türkiyədə “Beşiktaş” kimi klublarda da forma geyinən Kaqava, oktyabr ayından azad agent idi.

Yarımmüdafiəçi Yaponiya millisində 97 oyunda 31 qol vurub.