Poçettinonun milyon dollarlıq sualı

Son olaraq İngiltərənin “Tottenhem” klubunu çalışdıran Maurisio Poçettino gələcəyiylə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis, hələ dəqiq bir qərarının olmadığını deyib:

“Gələn mövsüm hansı komandanı çalışdıracam? Bu, bir milyon dollarlıq sualdır. Mən də köməkçilərimdən soruşuram ki, nə vaxt qayıdacağıq? Hansı komandaya gedəcəyik?

16-17 yaşım var idi, Jorje Qriffa mənə dedi: “Maurisio, futbol səni hara aparmaq istəsə, ora da aparacaq, sənin istəyinlə olmayacaq. Sən futbolun verəcəyi qərara hazırlıqlı olmağa çalış”. Ən vacib şey hazır olmaq və futbolun məni yönləndirməsini gözləməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button