“14 yaşımda “Barselona” mənə 10 illik müqavilə təklif etdi” – klubsuz qalan futbolçu

Son olaraq Fransanın “Tuluza” klubunda forma geyinən Con Bostok vaxtı ilə “Barselona”dan təklif aldığını deyib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi, 2006-cı ildə “Barselona”dan təklif aldığını söyləyib:

“14 yaşımda “Barselona” mənə 10 illik müqavilə təklif etdi. O vaxtlar ən sevdiyim futbolçu Ronaldinyo idi və mənə imzalı formasını göndərmişdi. Bu hədiyyəni hələ də saxlayıram. “Barselona” yaxşı təklif göndərsə də, sonda imtina etdim və İngiltərədə qaldım. Dünyanın ən yaxşı futbolçusu olmaq istəyirdim. Bu səviyyəyə çata bilmədiyim üçün çox peşman oldum”.

Karyerası ərzində İngiltərədə “Kristal Pelas”, “Hall Siti”, “Tottenhem”, “Şeffild Uensdey”, “Svindon”, “Nottingem Forest”, Belçikada “Antverpen”, “Leuven”, Fransada “Tuluza”, Türkiyədə “Bursaspor” kimi klublarda forma geyinən yarımmüdafiəçi hazırda klubsuzdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button