Kovaç Bundesliqaya qayıdır

Son olaraq “Bavariya”nı çalışdıran Niko Kovaç yenidən Bundesliqaya qayıda bilər.

Komanda.az xəbər verir ki, bir müddət əvvəl baş məşqçisi Yurgen Klinsmannla yollarını ayıran “Herta” xorvat mütəxəssisə təklif göndərməyə hazırlaşır. Bu barədə “Kicker” nəşri məlumat yayıb. Xəbərdə, “Herta”nın baş məşqçi postuna əsas hədəfin Kovaç olduğu və yaxın zamanda ilkin danışıqların başlayacağı bildirilir.

Daha əvvəl Bundesliqada “Ayntraxt” (Frankfurt) və “Bavariya”nı çalışdıran Kovaç hazırda işsizdir.

“Herta” hazırda Bundesliqada 14-cü sıradadır.