Emerinin İspaniya arzusu

Son olaraq “Arsenal”ı çalışdıran Unay Emeri İspaniyaya qayıda bilər.

Komanda.az xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssis İspaniya mətbuatına açıqlamasında deyib:

“Heç nəyi gizlətməyəcəm, İspaniyanın bir neçə klubundan maraq var, ancaq hələ rəsmi təklif gəlməyib. Düzü, İspaniya La Liqasına qayıtmaq istəyərdim”.

İspaniyada “Almeriya”, “Valensiya” və “Sevilya” kimi klublarda çalışan Emeri, 2019-cu ilin noyabrında “Arsenal”da baş məşqçi postundan istefaya göndərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button