Emeriyə iş var, ancaq…

Son olaraq “Arsenal”ı çalışdıran Unay Emeri Fransada işləyə bilər.

Komanda.az xəbər verir ki, “Monako” rəhbərliyi ispan mütəxəssisi komandanın baş məşqçi postuna gətirməyi planlaşdırır. Bu barədə Fransa mətbuatı məlumat yayıb. “Monako” rəhbərliyi hazırda komandaya rəhbərlik edən Leonardo Jardimin işini müsbət qiymətləndirmir və onunla yollarını ayırmağa hazırlaşır.

“Monako”da ilk seçim Unay Emeri olacaq. Ancaq ispan mütəxəssis Fransaya getməyə müsbət yanaşmır. Digər variantlar isə Loran Blan və Marselino Qarsiya Toraldır.

“Monako” Liqa 1-də 7-ci sıradadır.