“Bavariya” onun ayrıldığını rəsmən açıqladı

Son iki mövsümü icarə əsasında “Bavariya”da keçirən Xames Rodriqes Münhen təmsilçisindən ayrılıb.

Komanda.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi müqaviləylə məxsus olduğu “Real”a qayıdıb. Bu barədə “Bavariya”nın rəsmi saytı məlumat yayıb.

Xames 2017-ci ildə “Bavariya”ya iki illik icarəyə verilmişdi. Onun “Real”la müqaviləsi 2021-ci ilin yayına qədərdir.