Rus futbolçunun 300 min avroluq saatı oğurlandı – İspaniyada

Son mövsümdə icarə əsasında İspaniyanın “Selta” klubunda çıxış edən Fyodr Smolov dələduzluqla üzləşib.

Komanda.az xəbər verir ki, 29 yaşlı rusiyalı hücumçu Barselona şəhərindəki bir barda soyulub. Bu barədə İspaniyanın “Elcaso” nəşri məlumat yayıb.

İyulun 19-da, “Selta”nın “Espanyol”la oyunundan (0:0) sonra dostlarıyla Barselonada bir bara gedən Smolovun burda 300 min avro dəyərində olan saatı oğurlanıb. Hadisənin bir qrup gənc tərəfindən təşkil olunduğu bildirilib.

Smolov yanvarda “Selta”ya icarəyə verilmişdi. Hücumçu iyulun sonunda müqavilə ilə məxsus olduğu Moskva “Lokomotiv”inə qayıdıb.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button