8 il sonra qayıtdı

Son klubu “Vest Hem” olan Endi Kerrollun yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, ingilis hücumçu “Nyukasl” klubuna transfer olunub. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kerroll yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

“Nyukasl”ın yetirməsi olan Kerroll, 2011-ci ildə 41 milyon avro qarşılığında “Liverpul”a transfer olunmuşdu. 2013-cü ildə “Vest Hem”ə keçən 30 yaşlı hücumçu, 8 il sonra yenidən “Nyukasl”a qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button