Balotellinin yeni klubu rəsmən açıqlandı

Son klubu “Marsel” olan Mario Balotelli karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 29 yaşlı hücumçu “Breşiya” klubuna keçib. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Balotelli yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Karyerası ərzində “İnter”, “Milan”, “Mançester Siti”, “Liverpul”, “Nitsa”, “Marsel” kimi klublarda çıxış edən Balotelli, iyulun 1-dən azad agent idi.