Riberinin növbəti “elçi”si İtaliyadan oldu

Son klubu “Bavariya” olan Frank Riberi karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 36 yaşlı oyunçu ilə “Fiorentina” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Fiorentina”nın idman direktoru Rokko Komissonun fransız oyunçuyla ilkin danışıqlara başladığı bildirilir.

Rusiya, Hollandiya və Səudiyyə Ərəbistanı klublarından gələn təklifləri rədd edən Riberi, İtaliyada oynamağa müsbət yanaşır.

Karyerası ərzində “Qalatasaray”, “Marsel” və “Bavariya” kimi klublarda forma geyinən Riberi, iyulun 1-dən azad agent statusu daşıyır.