“Liverpul” futbolçuları bu həftə çox içki içdilər, amma…” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Liverpul”a 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis, qələbəni belə şərh edib:

“Çempion komandanı məğlub etdiyimiz üçün çox xoşbəxtəm. Möhtəşəm komandaya qalib gəldik. Futbol oynamağa, risk etməyə çalışdıq. Həyatımda qarşılaşdığım ən yaxşı komandaya qarşı yüksək təzyiqlə oynadıq. Bu qələbə bizim üçün vacib idi. “Liverpul”un oynamağa necə kökləndiyini, nə qədər çalışdığını gördüm. “Liverpul” futbolçuları bu həftə çox içki içdilər, amma bura qanlarında içki olmadan gəldilər.

Son illərdə gördüyümüz iş bənzərsizdir, amma bu, çempionluğu “Liverpul”a uduzduğumuzu dəyişdirmir”.