“Son iki ildə bir fenomen varsa, o da Kloppdur”

“Yuventus”un müdafiəçisi Corco Kyellini açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu, baş məşqçilər arasında müqayisə aparıb:

“Pep Qvardiola İtaliyada çalışsa, müdafiədə daha diqqətli olar. Onun həmkarları ilə arasındakı fərq bəllidir. Başqalarına qarşı üstünlüyü var. Joze Mourinyo isə idmanımızı dəyişdirən xarizmaya sahibdir. Hisslərini göstərən insanları sevirəm. Lakin son iki ildə bir fenomen varsa, o da Yurgen Kloppdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button