Adı “Keşlə” ilə hallanan Nazim Süleymanovdan AÇIQLAMA

Son günlərdə “Keşlə” klubunda baş məşqçi Sənan Qurbanovla yolların ayrılacağı, yerinə isə Nazim Süleymanovun gətiriləcəyi iddia olunur.

Son olaraq “Sumqayıt” komandasında baş məşqçilik edən Süleymanov 2018-ci ilin noyabrından heç bir klubda çalışmır.

Azərbaycan futbolunun əfsanələrindən sayılan 56 yaşlı mütəxəssis məsələ ilə bağlı Komanda.az-a açıqlama verib. Süleymanov, “Keşlə”dən təklif gəlmədiyini bildirib:

“Klublarda məşqçilərin müzakirə edilməsi normal haldır. Mənə heç bir klubdan təklif gəlməyib. Gəlsə, sonra söhbət edərik”.

“Keşlə” Premyer Liqada 4 turdan sonra 0 xalla sonuncudur.

Nazim Süleymanov məşqçi karyerası ərzində keçmiş AZAL-da, “Neftçi”də, “Sumqayıt”da və Azərbaycanın U-19 millisində çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button