“Mançester Yunayted”ə azı 5-6 yeni transfer lazımdır” – Nevill

“Mançester Yunayted”in keçmiş futbolçusu Qari Nevill komandanın hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı sabiq müdafiəçi, “qırmızı şeytanlar”ın yeni futbolçulara ehtiyacı olduğunu deyib:

“Bu komanda gənc və təcrübəsizdir. Komandanın akademiyadan gələn gənc və kluba heç bir dəyər qazandırmayan futbolçuları var. “Vest Hem”lə oyun (0:2) zamanı da qeyd etdim ki, son 7-8 il ərzində klub təxminən 900 milyon pound xərcləyib, amma onlardan geriyə heç nə qalmayıb. Heyətdə David de Xea və Harri Maquayr kimi futbolçular var, amma komandanı yenidən formalaşdırmaq üçün çox şey lazımdır. Yarımmüdafiəçi, hücumçu, sol cinah futbolçusu olmaqla, “Mançester Yunayted”ə azı 5-6 yeni transfer lazımdır”.

Cari mövsümdə Premyer Liqada keçirdiyi 6 turdan sonra 8 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button