Messi ən yaxşıdır – son 11 mövsümdə 9-cu dəfə

“WhoScored” statistika portalı Avropada 2019/20-ci il mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu, “Barselona”nın hücumçusu Lionel Messidir. Argentinalı futbolçunun çıxışı orta hesabla 8,71 balla qiymətləndirilib. O, bu göstəricidə PSJ-nin futbolçusu Kilian Mbappeni (8,14) və “Bavariya”nın hücumçusu Robert Levandovskini (8,13) qabaqlayıb.

Bununla da, Messi son 11 ildə 9-cu dəfə portal tərəfindən ən yaxşı futbolçu ünvanını qazanıb.