Soldado “Fənərbaxça”dan getdi

Türkiyənin “Fənərbaxça” klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Roberto Soldado növbəti mövsümdə İstanbul klubunun heyətində olmayacaq.

Müqaviləsinin müddəti başa çatan ispaniyalı hücumçu “sarı-lacivərdlilər”lə vidalaşıb. Sosial şəbəkədəki hesabından vida mesajı paylaşan 34 yaşlı futbolçu azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, Soldado 2017-ci ilin yayından “Fənərbaxça”da çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button