Solarinin taleyi necə olacaq?

“Real”da baş məşqçi Santyaqo Solarinin vəzifəsindən göndərildiyi və onun yerinə Zinəddin Zidanın təyin olunduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, baş məşqçi postundan göndərilən Solari, “kral klubu”nda işləməyə davam edəcək. Bu barədə “Real”ın prezidenti Florentino Peres “Marca” nəşrinə açıqlamasında deyib:

“Solari klubun bir parçasıdır. O “Real”ı sevir. Bura onun evidir. İstəsə, qala bilər”.

İspaniya mətbuatı, Solarinin “Real”ın akademiyasında məşqçilik edəcəyini yazıb.

“Real” dünən baş məşqçi postuna Zidanın gətirildiyini açıqlayıb. Fransız mütəxəssislə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.